Vilayət Eyvazovdan yeni TƏYİNATLAR


Digərləri 07 İyl 2020 13:54:00 154 0

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Vilayət Allahverdiyev Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış İdarəsinin rəisi təyin edilib. 

O, bundan əvvəl baş idarədə xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə, Cabir Ələsgərov Qazax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin olunub.