"İki uşağım pəncərədən düşürdü, güclə tutdum"


Şou-biznes 07 İyl 2020 11:48:00 180 0

"İki uşağım pəncərədən düşürdü, güclə tutdum"

Müğənni Xuraman Şuşalı övladları ilə bağlı başına gələn hadisəni sosial şəbəkədə bölüşüb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi prodüser Tarix Əliyevin (Tolik) paylaşımına rəy yazarkən uşaqlarının ölümdən döndüyünü vurğulayıb. O bildirib ki, karantin günlərində 4 uşaqla evdə qalmaq çətindir:

"Yerdə sürünə-sürünə bu vəziyyətdə idim. Elə bil uşaqlar üstümdən məni tapdalaya-tapdalaya keçirdi. İki uşağımı güclə pəncərədən tutdum. Şükür, Allah qorudu. Saniyə söhbəti oldu. İkisi də birdən düşürdü. Artıq dözə bilmirəm".

Qeyd edək ki, Elçin adlı rejissorla evli olan müğənninin 4 övladı var.