3 aylıq karantin rejimi yumşaldılan ölkədə insanlar restoranlara axışdı,


Dünya 07 İyl 2020 11:18:00 156 0

3 aylıq karantin rejimi yumşaldılan ölkədə insanlar restoranlara axışdı,

3 aydır ki karantin rejimi tətbiq edən Britaniyada bir neçə gün əvvəl yumşalma həyata keçirilsə də, nəticəsi yaxşı olmayıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, insanların küçələrə, restoranlara, pivəxanalara axışması, sosial məsafəyə riayət etməməsi yoluxma sayının artmasına gətirib çıxarıb. Nəticədə pivəxanaların fəaliyyət ömrü uzun çəkməyib. Belə ki, Londondakı məşhur pivəxanalar işçilərinin koronavirusa yoluxması səbəbindən yenidən bağlanıb.

Qeyd edək ki, Birləşmiş Krallıq koronavirusa görə ölüm sayına əsasən ABŞ və Braziliyadan sonra üçüncü yerdə dayanır. Rəsmi statistikaya görə Britaniyada koronavirus səbəbindən dünyasını dəyişənlərin sayı 44 mindən çoxdur.