“Xiaomi Mi TV Master” televizoru “OLED” ekranla təchiz edilib


Digərləri 07 İyl 2020 08:41:00 154 0

“Xiaomi Mi TV Master” televizoru “OLED” ekranla təchiz edilib

Çinin "Xiaomi" şirkəti "Mi TV Master Series" adlı yeni "ağıllı" televizorlar seriyası təqdim edib. Seriyaya üzvi işıq diodları (OLED) əsasında premium səviyyəli modellər daxil olacaq.

Son.az ictnews.az-a istinadən bildirir ki, təqdimat çərçivəsində 65 düym diaqonallı modelin nümayişi baş tutub. Televizor "4K" (3840 × 2160 piksel) təsvir ölçüsünə və 120 QHs yeniləmə tezliyinə malikdir. Minimum enli çərçivələr sayəsində ekran ön səthin 98,8 faizini əhatə edir.

Televizorun əsasını "MediaTek MTK9650" prosessoru təşkil edir. Çipə dörd "ARM Cortex-A73" hesablama nüvəsi və "Mali G52 MC1 GPU" qrafik sürətləndiricisi daxildir.

"HDMI 2.1" interfeysinin nəzərdə tutulması "Sony PlayStation 5" və "Microsoft Xbox Series X" kimi növbəti nəsil oyun konsolları ilə iş üçün uyğunluq təşkil edir.

Yeni qurğu məkan səsini formalaşdıran doqquz dinamikli yüksəkkeyfiyyətli audiosistemlə təchiz edilib. Dinamiklərin gücü 65 vatta bərabərdir.

Həmçinin "Dolby Vision" texnologiyası dəstəklənir. Panel əla rəngverməni və dərin qara rəngi təmin edir. Bundan əlavə, "DCI-P3" rəng məkanının 98,5 faizi əhatə olunur. Kontrastlıq 1 000 000:1 nisbətinə uyğundur.