Yevlaxda yük maşınının vuraraq öldürdüyü qadının kimliyi məlum olub YENİLƏNİB


Digərləri 07 İyl 2020 08:38:00 153 0

Yevlaxda yük maşınının vuraraq öldürdüyü qadının kimliyi məlum olub  YENİLƏNİB

Yevlaxda yolu keçərkən yük maşını tərəfindən vurularaq dünyasını dəyişən qadın piyadanın kimliyi məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, o, 1988-ci il təvəllüdlü Mustafayeva Vüsalə Elxan qızıdır.

***

00:08

Bakı-Qazax magistral yolunun Yevlaxın Aran qəsəbəsi istiqamətində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, qadını "İSUZİ" markalı yük maşını yolu keçən qadın piyadanı vuraraq öldürüb.