Smartfonlar üçün akkumulyatorların rüblük satış həcmi 5% yüksəlib


Digərləri 07 İyl 2020 08:11:00 183 0

Smartfonlar üçün akkumulyatorların rüblük satış həcmi 5% yüksəlib

"Strategy Analytics" tədqiqat şirkəti smartfonlar üçün qlobal akkumulyatorlar bazarında artım qeydə alınması haqqında məlumat verib. 2020-ci ilin birinci rübünün nəticəsinə görə, mobil telefonlar üçün batareya satışından 1,5 milyard dollar gəlir əldə edilib ki, bu da bir il əvvələ nisbətən 5% çoxdur.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Amperex Technology Ltd" şirkəti smartfon akkumulyatorlarının satış həcminə görə liderdir, onun bazar payı 36,5% səviyyəsində qiymətləndirilir. Reytinqin ikinci və üçüncü pillələrində müvafiq olaraq Cənubi Koreyanın "LG Chem" və "Samsung SDI" şirkətləri yerləşiblər.

"Strategy Analytics" şirkətinin icraçı direktoru Styuart Robinson, öz növbəsində, xəbərdarlıq edib ki, "COVID-19" pandemiyası fonunda smartfonların istehsalında və tədarükündə ləngimələr sözügedən bazara mənfi təsir göstərəcək. Gəlir əldə etmək üçün akkumulyator tədarükçüləri smartfon istehsalçılarına qabaqcıl modellər üçün fərdi dizaynda hazırlanmış batareyalar təqdim edəcəklər.