Ağcabədidə ikimərtəbəli evdə yanğın olub


Digərləri 07 İyl 2020 08:18:00 169 0

Ağcabədidə ikimərtəbəli evdə yanğın olub

Ağcabədi rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın mətbəxdə soyuducunun alovlanması ilə başlayıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.