“Honor 30 Lite” smartfonu rəsmən təqdim edilib


Digərləri 07 İyl 2020 07:31:00 151 0

“Honor 30 Lite” smartfonu rəsmən təqdim edilib

"Huawei" şirkətinə məxsus "Honor" brendi 90 hers yeniləmə tezlikli ekran və "MediaTek Dimensity 800" prosessoru ilə təchiz edilmiş yeni ucuz "Honor 30 Lite" "5G" smartfonunu təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, smartfon 1080p təsvir ölçülü 6,5 düymlük maye kristal displey, 90 hers yeniləmə tezliyi və 16 mp-lik selfi kamera üçün kəsiyə malikdir. Barmaq izləri skaneri sağ kənar tərəfdə yerləşdirilib.

Arxa paneldə üç kamera yerləşdirilib: 48 mp-lik əsas, 8 mp-lik genişbucaqlı və 2 mp-lik dərinlik sensoru. Əsas kamera elektron görüntü sabitləşməsi ilə 4K formatında video çəkə bilər, həmçinin "Super Night Mode" rejimini dəstəkləyir.

"Honor 30 Lite" smartfonu "5G" şəbəkəsini dəstəkləyən "MediaTek Dimensity 800" prosessoru, 6/8 QB əməli yaddaş və 64/128 QB daxili yaddaşla təchiz edilib. Telefon "Google"un xidmətləri olmadan "Magic UI 3.1" interfeysli "Android 10" sisteminin idarəetməsi altında işləyir.