10 qadını qətlə yetirən manyak təcridxanada ölü tapıldı


Dünya 06 İyl 2020 19:35:00 182 0

10 qadını qətlə yetirən manyak təcridxanada ölü tapıldı

10 qadını öldürən rusiyalı manyak santexnik Moskvada istintaq təcridxanasında intihar edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Aleksandr Yejovun cəsədi kamerada asılmış vəziyyətdə aşkar edilib.

Hazırda bununla bağlı istintaq aparılır, təcridxana əməkdaşlarının intihara necə yol verdikləri araşdırılır.

Qeyd edək ki, manyak aralarında 10 yaşlı qız da olmaqla, ümumilikdə, 10 qadına təcavüzdə və onların qətlində ittiham olunub. Yejov törətdiyi cinayətlərdən doqquzunu etiraf etmişdi.