Həqiqət Qədirova: “Həkimlər arasında COVID19a kütləvi yoluxmalara dair məlumatlar əsassızdır”


Digərləri 06 İyl 2020 18:41:00 183 0

Həqiqət Qədirova: “Həkimlər arasında COVID19a kütləvi yoluxmalara dair məlumatlar əsassızdır”

Sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda kütləvi yoluxmalar olduğuna dair məlumatlar paylaşılır.

İnstitutun bəzi işçilərinin kütləvi yoluxma səbəbindən işdən ayrılmaq üçün ərizə yazdığı da iddia olunur.

Son.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova Oxu.az-a açıqlamasında bildirib ki, institutda heç bir kütləvi yoluxma faktı yoxdur:

"Ərizə yazan Babayeva Gülnarə İnstitutda çalışan kiçik tibb işçisidir. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun uşaq vərəm şöbəsində çalışıb. İyun ayının 23-dən sonra İnstitutun pandemiya xəstəxanasına çevrilməsinə qərar verildi. Vərəm şöbələrində müalicə alan xəstələrimiz aidiyyəti üzrə digər tibb müəssisələrinə köçürüldü və müalicələri orada davam etdirilir. Həmin G.Babayeva və digər tibb işçiləri isə koronavirus infeksiyasına yoluxan xəstələrin müalicə prosesinə cəlb edildi. Heç bir həftə deyil həmin xanım COVID-19 xəstələri ilə çalışır, ancaq ərizəsini yazıb işdən çıxmaq istəyir. Xanımın 60 yaşı var, sağlamlığına görə narahat olduğunu deyir. Biz onu başa düşürük, heç nə deyə bilmərik. Lakin İnstitutda kütləvi yoluxma var iddiası və bu səbəbdən işdən ayrılmasını deməsi həqiqəti əks etdirmir. Tibb işçilərini işləməyə məcbur edə bilmərik, qərarlarına hörmətlə yanaşılacaq".

H.Qədirova bu məsələnin, eləcə də institut barədə bir sıra əsassız neqativ məlumatların təxribat xarakterli olduğunu deyib: