Aya Sofyanın statusu ilə bağlı qərar Türkiyənin daxili işidir


Dünya 06 İyl 2020 19:17:00 167 0

Aya Sofyanın statusu ilə bağlı qərar Türkiyənin daxili işidir

Aya Sofya məbədinin statusu ilə bağlı qərar Türkiyənin daxili işidir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz şərh edə bilmərik. Bu, Türkiyə Cümhuriyyətinin daxili işidir. Bilirsiniz, bununla bağlı patriarxın Rus Pravoslav kilsəsinin fikrini ifadə etdiyi bəyanatı olub. Rusiya XİN başçısının müavini Sergey Verşininin də bu barədə bəyanatı var. Mən ancaq onu deyə bilərəm ki, sözsüz ki, Aya Sofyanın ümumdünya mədəni irsi obyekti statusu kimi diqqətə alınacağına ümid edirik", - deyə D. Peskov qeyd edib.