Salyanda bir ay əvvəl itkin düşən şəxsin meşədə asılmış meyiti tapılıb


Digərləri 06 İyl 2020 18:35:00 183 0

Salyanda bir ay əvvəl itkin düşən şəxsin meşədə asılmış meyiti tapılıb

Salyanda itkin düşən şəxsin intihar etdiyi məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, bir ay əvvəl itkin düşən Salyan rayonunu Beşdəli kənd sakini, 1970-ci il təvəllüdlü Quliyev Aqil Qulu oğlu Kür çayı sahilində meşədə asılmış vəziyyətdə aşkar edilib.

Bir ay əvvəl evdən gedən A.Quliyev təxminən həmin vaxtda da özünü asaraq intihar edib.

Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.