Türkiyənin Qaziantep vilayətində koronavirus səbəbindən sərt karantin rejimi tətbiq olunub


Dünya 06 İyl 2020 17:35:00 146 0

Türkiyənin Qaziantep vilayətində koronavirus səbəbindən sərt karantin rejimi tətbiq olunub

Türkiyənin Qaziantep vilayətində koronavirus infeksiyasına yoluxmada müşahidə olunan artım sərt karantin tədbirlərinin tətbiqinə səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, vilayətin İslahiyə rayonunda son üç gündə 800 yoluxma halının qeydə alınması ciddi narahatlıq yaradıb. Bildirilir ki, hazırda 490 nəfər müxtəlif formada karantinə alınıb.

Qeyd edək ki, Qaziantep vilayətində ilk yoluxma aprelin 8-də qeydə alınmışdı. Görülən tədbirlər nəticəsində iyunun 15-dən bəri yoluxma baş vermirdi. Son günlər artan yoluxmaya görə isə bu vilayət ölkənin riskli bölgələri sırasına daxil edilib.