"Yeni Klinika"da indiyədək 1200 koronaviruslu xəstə stasionar müalicə alıb


Digərləri 06 İyl 2020 17:37:00 165 0

"Yeni Klinika"da indiyədək 1200 koronaviruslu xəstə stasionar müalicə alıb

"Mart ayından istifadəyə verilən "Yeni Klinika" Tibb Müəssisəsində indiyədək 1200 koronaviruslu xəstə stasionar müalicə alıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu klinikanın direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, artıq onların böyük hissəsi müalicə olunaraq evə buraxılıb.

P.Abbasov əlavə edib ki, hazırda klinikada 350-ə yaxın koronaviruslu xəstənin müalicəsi davam etdirilir.

Süni tənəffüs aparatlarına olan ehtiyac barədə də danışan kinikanın direktoru bildirib ki, əslində, bu aparatlar xəstəxanaın reanimasiya şöbəsində oradakı yataqların sayına uyğun olmalıdır: