Luvr muzeyi qonaqlar üçün qapılarını açdı


Digərləri 06 İyl 2020 18:17:00 163 0

Luvr muzeyi qonaqlar üçün qapılarını açdı

Dünyanın ən iri muzeylərindən biri, Parisin Luvr muzeyi dörd aylıq fasilədən sonra açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, muzey mart ayında koronavirus pandemiyası ilə əlaqədar bağlanmışdı.

Yeni qaydalara əsasən, muzeyin zallarının 70 faizi qonaqlara açılacaq. Muzeyə gələn şəxslər bütün sanitar normalara əməl etməlidir. Bununla yanaşı, muzeyə gəlmək üçün əvvəlcədən ziyarət vaxtını müəyyənləşdirmək lazımdır.

Muzey rəhbərliyi karantindən sonra turistlərin sayının kəskin azalacağını gözləyir. 2019-cu ildə Luvru 9,6 milyon nəfər ziyarət etmişdi.