Qırğızıstanda daha 314 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib


Dünya 06 İyl 2020 17:53:00 139 0

Qırğızıstanda daha 314 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

"Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 314 nəfər yoluxub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 691 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 4 nəfər ölüb, 41 nəfər sağalıb, ölənlərin ümumi sayı 92 nəfər, sağalananların ümumi sayı isə 2 843 nəfərdir.