“Ay “işverənlər”, sizə ona görə pis təsir edir ki, sizi otelə dəvət etməyiblər”


Şou-biznes 06 İyl 2020 17:47:00 208 0

“Ay “işverənlər”, sizə ona görə pis təsir edir ki, sizi otelə dəvət etməyiblər”

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev sosial şəbəkədə müzakirələrə səbəb olan status yazıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur müğənninin övladı feysbukda "Fairmont Baku" otelində karantin rejiminin pozulmasını qınayanlar haqda post yazıb: "Ay "işverənlər", sizə ona görə pis təsir edir ki, sizi "Fairmont"a dəvət etməyiblər". 

Onun sözügedən paylaşımı birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. 

Status ictimailəşəndən sonra Cahad Hacıyev şərh bölməsində bildirib ki, onun zarafatı təhrif edilib. Onun sözlərinə görə, Hacıyev xalqı təhqir etməyib: "İstifadəçiləri mənə qarşı qaldırırlar".

Qeyd edək ki, ötən gün iş adamı Fətulla Babayevin oğlu İsmayıl babayev də istirahətini pozduğu üçün jurnalistləri "işverən" adlandırmış, daha sonra polis tərəfindən saxlanılmışdı.