Ayrılmaq istəyən sevgilisinə nazirlərlə çəkilən şəkillərini göstərib, hədələdi "Gizli agentəm"


Dünya 06 İyl 2020 17:05:00 162 0

Ayrılmaq istəyən sevgilisinə nazirlərlə çəkilən şəkillərini göstərib, hədələdi  "Gizli agentəm"

Türkiyədə kuryoz olay yaşanıb.

Son.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, orta yaşlı kişi birlikdə yaşadığı qadını qəribə üsulla təhdid edib. Kişi sevgilisi onu tərk etməsin deyə ölümlə hədələyib.

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu və Müdafiə naziri Hulusi Akarla çəkilən şəkillərindən istifadə edən şəxs özünü həyat yoldaşına "gizli agent" kimi təqdim edərək ayrılacaqları təqdirdə onun özünü və ailəsini öldürməklə hədələyib.

Bu barədə məlumatı "Hürriyet" qəzetinin yazarı Fatih Çekirge yayıb. O bildirib ki, məsələ ilə bağlı araşdırmalar aparılır, işə nazirlik qarışıb.

Emin Son.az