Avstraliyada ştatlar arasında sərhəd bağlanıb


Dünya 06 İyl 2020 16:39:00 136 0

Avstraliyada ştatlar arasında sərhəd bağlanıb

"Avstraliyada koronavirusa yoluxma sayının kəskin artması ilə əlaqədar Viktoriya və Yeni Cənubi Uels ştatları arasında sərhədlər bağlanıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Viktoriya ştatının baş naziri Den Endryus deyib.

O bildirib ki, qərar ştat rəhbərləri arasındakı danışıqlardan sonra qəbul edilib.

Bu gündən etibarən Yeni Cənubi Uels ştatına getmək üçün xüsusi buraxılış sistemi yaradılıb.