Karantin rejimi yumşaldılan ölkədə insanlar küçələrə axışdı,


Dünya 06 İyl 2020 13:24:00 158 0

Karantin rejimi yumşaldılan ölkədə insanlar küçələrə axışdı,

Karantin rejimi yumşaldılan şəhərdə çəkilən görüntülər təəccübləndirir.

Son.az Dailymail-ə istinadla bildirir ki, London sakinləri karantin rejiminin tətbiq olunmamasını fürsət bilərək küçələrə axışıb, məclislər təşkil ediblər. Onlar sosial məsafəyə riayət etmədən bir yerə toplaşaraq səhərədək əyləniblər.

Sözügedən nəşr şəhərdə keçirilən məclislərdən çəkilən görüntülərini yayaraq "London Suicide Sunday" - "İntiharlı bazar günü" başlığı ilə təqdim edib.

Nəticədə, polis məsələyə müdaxilə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, iyun ayından etibarən Britaniyada karantin rejimi yumşaldılıb. Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən Birləşmiş Krallıqda 285 mindən çox insanda Covid-10 aşkarlanıb, 44 mindən çox insan bu virus səbəbindən dünyasını dəyişib.

Bəxtiyar Umarlı Son.az