İsmayıl Babayev 20 sutkalıq həbs edildi


Digərləri 06 İyl 2020 14:34:00 203 0

İsmayıl Babayev 20 sutkalıq həbs edildi

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq oteldə istirahət edən zaman "İnstagram" hesabından jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat XidmətiTrend-ə faktı təsdiqləyib.