Bakıda 24 yaşlı oğlan "Moped"i ağaca çırpıb,


Digərləri 06 İyl 2020 10:09:00 186 0

Bakıda 24 yaşlı oğlan "Moped"i ağaca çırpıb,

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az xəbər verir ki, hadisə Nəsimi rayonu, R. Behbudov küçəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi "Moped"i ağaca çırpıb. İ. Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb. "Mopet" zərbənin nəticəsindən yolun kənarında 1992-ci il təvəllüdlü E. Əsgərova dəyib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb.