ATVnin aparıcısının koronavirusa yoluxmuş anası xəstəxanaya yerləşdirildi


Digərləri 06 İyl 2020 09:59:00 166 0

ATVnin aparıcısının koronavirusa yoluxmuş anası xəstəxanaya yerləşdirildi

Ötən gün ATV telekanalının aparıcısı Pərvin Əsgərlinin anasının koronavirusa yoluxması ilə bağlı məlumat vermişdik. Həmkarımızın anası artıq xəstəxanaya yerləşdirilib.

Son.az bildirir ki, bu barədə oxu.az-a Pərvin Əsgərli özü məlumat verib.

O bildirib ki, anası artıq iki gündür Bakı Sağlamlıq Mərkəzində müalicə alır:

"Müntəzəm xəstəxana ilə əlaqə saxlayıram. Anam həkimlərin nəzarəti altındadır. Həkimlər vəziyyətinin orta-stabil olduğunu deyirlər. Amma halsızlığı olur. Elə vəziyyətdir ki, hər an xəstənin vəziyyəti dəyişə bilər. Həkimlərin dediyinə görə müalicəsi mərhələli şəkildə aparılmalıdır. Çox sağ olsun həkimlər dərhal müdaxilə edir. Ağır antibiotiklər alır və sistemlər köçürülür.