Bu gündən magistraturaya qəbul olunanlar qeydiyyatdan keçməlidir


Digərləri 06 İyl 2020 07:21:00 145 0

Bu gündən magistraturaya qəbul olunanlar qeydiyyatdan keçməlidir

İxtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Son.az bildirir ki, Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar bu gündən 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.