Narahat ayaqlar sindromu üçün RESEPT Ağrıdan yata bilməyənlərə VİDEO


Digərləri 06 İyl 2020 02:30:00 148 0

Narahat ayaqlar sindromu üçün RESEPT  Ağrıdan yata bilməyənlərə  VİDEO

Narahat ayaqlar sindromu, qıçlarda narahatlıq hissi xəstəliyidir. Bu narahatlıq hissi, xəstələr tərəfindən qarışqalanma, qaşınma, əsmə, dərinin altında bir şeylərin gəzməsi, çəkilmə, səksənmək və ya yalnız narahatlıq olaraq izah edilə bilər. Bu hissləri müşayiət edən ümumi amil xəstələrin qıçlarının dözülməz ağrısıdır və qıçlarını hərəkət etdirmə istəyidir. Şikayətlər, xəstə istirahət edəndə, oturanda və ya yatarkən meydana gəlir. Bundan əlavə, masanın arxasında uzun müddətli oturma, uzun müddətli maşın və təyyarə səfərləri zamanı baş verə bilər. Şikayətlər xüsusilə axşam saatlarından etibarən başlayaraq gecə ən yüksək səviyyəyə çatır.

Narahat qıç sindromu, xəstənin yuxusunu kəsir və xəstənin keyfiyyətli və rahat bir yuxu yatmasına mane olur. Bu da yuxu problemlərinə ertəsi günkü gündəlik fəaliyyət zamanı fokuslanmada, konsentrasiya olunma çətinliklərinə səbəb olur. Uzun müddətlik yuxusuzluq və keyfiyyətsiz yuxuya və depressiyaya səbəb olur. Narahat qıçlar sindromunun beyində dopamin ilə əlaqəli bir problemlə əlaqəli olaraq ortaya çıxdığı düşünülməkdədir, tam səbəbi bilinmir.

Son.az medicina.az-a istinadən bu sindromda və ümumiyyətlə ayaq ağrılarıında yuxudan öncə edəcəyiniz sadə qarışımlı vanna reseptini təqdim edir. Bəlkə də bu sizin xilas reseptinizdir