İlk kosmik turist açıq fəzada 1,5 saat vaxt keçirəcək


Digərləri 05 İyl 2020 19:20:00 177 0

İlk kosmik turist açıq fəzada 1,5 saat vaxt keçirəcək

Açıq kosmosa çıxmaq istəyən ilk turist orada 1,5 saat vaxt keçirə biləcək.

Son.az oxu.az-a istinadən bildirir ki, Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa turistin iştirakı ilə ilk çıxış təxminən 90-100 dəqiqə çəkəcək.

Turist bu müddət ərzində dünyanı hər tərəfdən görə biləcək.

Çünki sözügedən müddət ərzində stansiya Yer kürəsi ətrafında tam dövr edir.