Məşhur psixiatrdan xoşbəxtlik və qəlb rahatlığını tapmağa kömək edən QAYDALAR


Digərləri 05 İyl 2020 19:39:00 145 0

Məşhur psixiatrdan xoşbəxtlik və qəlb rahatlığını tapmağa kömək edən QAYDALAR

Bir çox insanın məqsədi ideal münasibətlər əldə etmək, xəyallarındakı işi tapmaq, xoşbəxt olmaq və həyatdan məmnun qalmaqdır. Ancaq bu hədəflərdən birinə çatmaq üçün özünü inkişaf etdirmək də daxil olmaqla, səbr və əzm tələb olunur.

Bəziləri möhkəm ailə qurur, digərləri karyeranı seçir. Bəziləri isə səyahət və dünya biliklərini inkişaf etdirir. Ancaq buna necə nail olmaq yollarını hər kəs bilmir.

Son.az bildirir ki, praktik psixologiya mövzusunda 30-dan çox kitab yazan psixoloq, yazıçı və psixoterapevt Mixail Litvak şəxsi həyatda və peşəkar karyerada uğur qazanmağın 22 əsas qaydasını tərtib edib.

1. Xoşbəxtlik hədəf ola bilməz

Xoşbəxtliyin arxasınca getməyin. Onu başqa bir adamda və ya maddi nemətlərdə tapa bilməzsiniz. Xoşbəxtlik içdən doğulur və həyatdan zövq almağı öyrənəndə bu vəziyyətə çata bilirsən. Bacarıqlarınızı inkişaf etdirmək sənətini mənimsəməli, nailiyyət və hədəflərinizə köklənməlisiniz. Bu xoşbəxtliyə aparan başlıca yolunuz olacaq.

2. Başqalarının fikirlərindən asılı olmağı dayandırın

Əgər özünüzdən razısınızsa, yaxşı, ağıllı və layiqli bir insan olduğunuzdan əminsinizsə, sizi mühakimə etmək üçün heç vaxt başqa insanlara ehtiyacınız olmayacaq.

3. Gözləməyin və soruşmayın

Həqiqətən nəyəsə nail olmaq istəyirsinizsə, gözləməyin və bunu etmək üçün başqasından icazə və ya təsdiq istəməyin. Hər şeyə özünüz nəzarət etməyə çalışın.

4. Nəzəriyyəçi olmayın

Nəzəri bilikləri hərəkətə çevirən yetkin insan olun. Yetkin olmayan insan müəyyən məlumata sahibdir, amma bunu necə tətbiq edəcəyini bilmir, odur ki, başqalarını tənqid etməkdən başqa çarəsi qalmır.

5. Düzgün planlaşdırılmış tədbirlər müvəffəqiyyətin açarıdır

Fəaliyyətinizi planlaşdırdığınızdan və həyatınızı prioritetlərinizə uyğun təşkil etdiyinizdən əmin olun. Bu xoşbəxtlikdir.

6. Başqalarını günahlandırmayın

Ən böyük düşməniniz pusquda gizlənib yıxılmağınızı gözləyən deyil, özünüzsünüz. Və bu düşmənlə döyüş çox şiddətli ola bilər.

7. Dollar deyilsiniz ki, hər kəs sizi bəyənsin

Hər kəsi məmnun etməyə çalışsanız, dərhal böyük bir uğursuzluğa yuvarlana bilərsiniz. Bu mümkün deyil. Və ehtiyac yoxdur. Bu yolda atılan bütün cəhdləriniz əbəsdir. Özünüzü narahat və emosional hiss edəcəksiniz.

8. Gerçəkliyi xəyal edin

Xəyal qurmağı sevirsinizsə, mümkün ola biləcək reallığı xəyal edin. Real olmayan planlar və hədəflərə vaxt itirməyin.

9. Özünüz üçün yaşamağı öyrənin

Başqalarına bir şey sübut etməyə çalışmaq onlar üçün yaşamaq deməkdir.

10. Depressiya yalnız qaranlıq deyil

Hisslərinizi depressiyaya yatırmayın. Depressiya çətin, pis və xoşagəlməz haldır. Ancaq həm də içinizə baxmaq bir fürsətdir. Yolda irəliləməyinizə mane olan və nəyin sizi əngəllədiyini öyrənin.