Bunları edərək saç tökülməsinin qarşısını ala bilərsiniz ASAN ÜSULLAR


Digərləri 05 İyl 2020 19:44:00 174 0

Bunları edərək saç tökülməsinin qarşısını ala bilərsiniz  ASAN ÜSULLAR

Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biri olub. ümumiyyətlə, baş dərisində hər bir saçın ömrü 2-6 il olur. Normal halda gündə ən azı 50-100 arasında saç tökülür. Bu, əsasən, yaz, payız aylarında özünü daha çox büruzə verir. Stress (əsəbilik), vitaminsizlik, hamiləlik və və hormonal pozulma saç tökülməsinə səbəb ola bilir.

Son.az ölkə.az-a istinadən bildirir ki, saç tökülməsinin əsas səbəbləri stress, ətraf mühitin təsirləri, depressiya, vitaminsizlik, hamiləlik, südvermə dövrü, düzgün qidalanmama və orqanizmdə hər hansı hormon çatışmazlığı ola bilər.

Səbəbləri dəqiqləşdirmək üçün ilk növbədə, mütəxəssisə müraciət etmək lazımdır. Lakin səbəb sizə bəllidirsə, bu problemin öhdəsindən evdə də gələ bilərsiniz.

Sink

Saç köklərini oyandıraraq hüceyrələrin yenilənmə prosesini aktivləşdirən mineralların başında sink gəlir. Xüsusilə, badam sink baxımından olduqca zəngindir. Əgər tökülmə ciddi metabolizm xəstəliyindən qaynaqlanmırsa, gündə bir ovuc badam, fıstıq, fındıq, qoz yemək sink ehtiyacınızı qarşılayacaq və saçlarınızı bərpa edəcək.

Yumaq

Saçı hər gün yumaq ziyandır. 2-3 gündən-bir ph dəyəri 5,5 olan şampunlardan istifadəyə diqqət edin.

Sarımsaq yağı

Cansız saçları gücləndirib daha gur olmasına kömək edir. Sarımsaq yağından saç tökülməsi qarşı maska olaraq istifadə edə bilərsiniz.

Küncüt yağı

Həm saç tökülməsini durdurmaq, həm də saçların sürətli uzanmasını təmin etmək üçün küncüt yağından faydalana bilərsiniz. Həqiqətən də, davamlı olaraq istifadə etsəniz, saçlarınızın hər zaman olduğundan daha qısa vaxt ərzində uzandığını görəcəksiniz.