Səudiyyə Ərəbistanında COVID19a yoluxma halları artıb


Dünya 05 İyl 2020 18:50:00 126 0

Səudiyyə Ərəbistanında COVID19a yoluxma halları artıb

İyulun 5-də Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların sayı 4 min nəfəri keçib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Krallığın Səhiyyə Nazirliyinin məlumatında son sutka ərzində 4128 yoluxma, 56 ölüm faktının qeydə alındığı bildirilib.

Məlumatda qeyd olunub ki, görülən bütün tədbirlərə baxmayaraq, COVID-19-a yoluxanların ümumi sayı 206 min nəfərə çatıb, 1858 pasiyent isə vəfat edib. Krallığın karantin xəstəxanalarında indiyədək 143 min nəfərdən çox insan müalicə olunaraq evə buraxılıb.

Son sutka ərzində Səudiyyə Ərəbistanında ən çox yoluxma halları Ər-Riyadda (360 nəfər) qeydə alınıb. Məkkədə 212, Mədinədə isə 142 nəfər yoluxub. Səhiyyə Nazirliyi əhaliyə toy və yas mərasimlərində bir yerə toplaşmamaq barədə müraciət edib.