Güclü yağışlar Yaponiyanda fəsadlar törədib FOTO


Dünya 05 İyl 2020 16:19:00 156 0

Güclü yağışlar Yaponiyanda fəsadlar törədib  FOTO

Həftənin cümə və şənbə günlərində Yaponiyanın cənub-qərbində müşahidə olunan güclü yağışlar fəsadlar törədib, ölənlər var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, güclü yağışlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb. Daha dörd nəfərin isə itkin düşdüyü bildirilir.

Meteoroloqların bildirdiyinə görə, güclü yağışlar nəticəsində Yaponiyanın cənub-qərbində sutkada 400 millimetr yağıntı qeydə alınıb. Kumamoto və Kaqoşima prefekturalarında 320 min nəfər təxliyə olunub.

Kuma çayının bir neçə yerdən daşması nəticəsində Kumamoto prefekturasında yaşayış məntəqələri su altında qalıb. Xilasedicilər və hərbiçilər sakinləri evlərin damından helikopterlər vasitəsilə təxliyə edirlər. Bəzi yerlərdə su evlərin ikinci mərtəbəsinədək qalxıb.

NHK telekanalının helikopterindən aparılan videoçəkilişlərində Kumamoto prefekturasının Sakamoto yaşayış məntəqəsi sakinlərinin idman meydançasında böyük hərflərlə yazdığı SOS işarəsi aydın görünür.