Binəqədidə ev yanıb


Digərləri 05 İyl 2020 18:05:00 187 0

Binəqədidə ev yanıb

Binəqədi rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və yaxınlıqda ümumi sahəsi 50 m2 olan köməkçi tikilinin dam örtüyü 4 m2 sahədə yanıb.

Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.