''Cinsi istismar edildim'' Məşhur aktrisadan dəhşətli ETİRAF


Digərləri 05 İyl 2020 17:45:00 175 0

''Cinsi istismar edildim''  Məşhur aktrisadan dəhşətli ETİRAF

Türkiyəli məşhur aktrisa Burcu Biricik cinsi istismara uğradığını etiraf edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, paparazzilərə tuş gələn aktrisa illər əvvəl başına gələn danışıb.

''Deyə bilərəm ki, bütün qadınlar istismar edilir. İstər metroda, avtobusda olsun, istər digər yerlərdə. Bəzən qadınlar səslərini çıxarmağa belə qorxurlar. İlk dəfə cinsi istismar edildiyimdə, bağırıb insanlardan kömək istəmişdim. İnsanlar mənə yardım etsə də, bir çox qadın hər gün bu tip şiddətə məruz qalır'', - deyə, o qeyd edib.