Bu ölkə yay festivallarını ləğv edib


Dünya 05 İyl 2020 17:09:00 165 0

Bu ölkə yay festivallarını ləğv edib

Monteneqro hökuməti bu yay ölkədə planlaşdırılan bütün irimiqyaslı festival tədbirlərini qadağan etmək qərarına gəlib. Yalnız aşağı epidemioloji riski olan tədbirlər keçirilə bilər, lakin bu da qəti qərar deyil.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əsasən uşaq festivalları bu yay təxirə salınıb. Daha kiçikmiqyaslı yay mədəni tədbirləri planlaşdırılarkən də Milli Yoluxucu Xəstəlikləri Koordinasiya Təşkilatı, Mədəniyyət Nazirliyi və ya İctimai Səhiyyə İnstitutu ilə məsləhətləşmək hökumət tərəfindən təşkilatçılara tövsiyə olunub.

Bəzi tədbirlərin bütün hazırlıqları tamamlandığı üçün onların az insan cəlb olunmaqla keçirilməsinə icazə verilsə də, yüksək təhlükəsizlik və sanitar nəzarət məsələlərinə ciddi əməl olunması təşkilatçılar qarşısına şərt kimi qoyulub.