Polis "Fairmont Baku"da əməliyyat keçirir VİDEO


Digərləri 05 İyl 2020 17:15:00 194 0

Polis "Fairmont Baku"da əməliyyat keçirir  VİDEO

Xəbər verdiyimiz kimi, Bakının məşhur hotellərindən olan "Fairmont Baku" karantin rejiminin qaydalarına zidd olaraq hovuzu müştərilər üçün açıq edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Bakı polisi sözügedən hoteldə əməliyyat keçirir.

Karantin rejimini pozan müştərilərlə yanaşı, hotel rəhbərliyinin də İnzibati Xətalar məcələsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı gözlənilir.

Daxili İşlər Nazirliyi yaxın dəqiqələrdə məsələ ilə bağlı rəsmi açıqlama yayacaq.