Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb


Dünya 05 İyl 2020 13:21:00 188 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 28 606 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 706 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 484 nəfər koronavirusdan ölüb, 11 824 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.