Buraxılış imtahanlarının nəticələri elan olunub


Digərləri 05 İyl 2020 13:03:00 217 0

Buraxılış imtahanlarının nəticələri elan olunub

2 və 3 iyul 2020-ci il tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanın nəticələri 5 iyul saat 12:10-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

- 9-cu sinif üzrə buraxılış imtahanları; http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov

- Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları; https://eservices.dim.gov.az/2020/netTEX/?frm=egov

- Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları; http://eservices.dim.gov.az/2020/netazd/?frm=egov

- Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı (Naxçıvan). https://eservices.dim.gov.az/2020/netht_hl/?frm=egov