Bu ölkədə it əti satışına qadağa qoyuldu


Dünya 05 İyl 2020 12:57:00 185 0

Bu ölkədə it əti satışına qadağa qoyuldu

Hindistanın şimal-şərqindəki Naqaland əyalətində it ətinin satışına qadağa qoyulub.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Hindistanın "The Indian Express" nəşri məlumat yayıb.

Hindistanın Dövlət katibi Temjen Toyun qərarına əsasən, əyalət rəhbərliyinə bişmiş və ya bişirilməmiş it əti ticarəti ilə məşğul olmağı dayandırmaq tapşırılıb.

Qərar millət vəkili və heyvan hüquqları müdafiəçisi Maneka Qandhinin həftənin əvvəlində etdiyi bir çağırışından sonra qəbul edilib. Qandhinin dövlətə it ətinin satışını qadağan etmək barədə çağırışından sonra 125 mindən çox insan Naqaland rəhbərliyindən bu qərarın təmin olunmasını tələb edib.

Qeyd edək ki, it əti ənənəvi olaraq Hindistanın şimal-şərqindəki əyalətlərdə istehlak olunur.