Vitamin D arıqladır


Digərləri 05 İyl 2020 11:39:00 221 0

Vitamin D arıqladır

Minnesot Universitetinin alimləri araşdırıblar ki, "Günəş vitamini" insanı arıqladır və çəkini tənzimləyir.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, təcrübədə iştirak edən və artıq çəkidən əziyyət çəkən 38 adama 11 həftəlik azkalorili pəhriz təyin olunub. İştirakçılar arasında bədənində D vitamini yüksək olanlar daha çox çəki ata biliblər.

Həkim Şalamar Sibli qeyd edir ki, gələcəkdə arıqlamaq arzusunda olan insanların pəhrizinə D vitamini əlavə olunacaq. D vitaminini qəbul etməyin əsl ərəfəsi məhz yay aylarıdır. Elə ona görə də gündə qaralmaqla istədiyiniz çəkini zövqlə əldə edə bilərsiniz.

Son.az