Fərda 3 günlük oğlunun görüntüsünü paylaşdı


Şou-biznes 05 İyl 2020 11:27:00 223 0

Fərda 3 günlük oğlunun görüntüsünü paylaşdı

Aktyor Fərda Xudaverdiyev 3 gün əvvəl dünyaya gələn oğlunun görüntüsünü yayıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi çəkdiyi videonu İnstaqram hesabında yerləşdirib. O, paylaşımına "Allah arzusunda olan hər ailəyə, hər evə qismət etsin" qısa şərhini yazıb.

F.Xudaverdiyev oğluna Rinat adını verdiyini söyləyib.

Qeyd edək ki, bu, aktyorun ikinci nikahdan olan övladıdır. Onun Raul adlı daha bir oğlu da var. Fərdanın birinci nikahdan isə iki oğul övladı var.