Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı


Dünya 05 İyl 2020 10:45:00 187 0

Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı

Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr maliyyə cinayətkarlığı, casusluq və kiberterrorçuluq olacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Group-IB" şirkətinin baş direktoru İlya Saçkov danışıb.

İ.Saçkovun sözlərinə görə, bunlar arasında əhalinin ən çox rast gələ biləcəyi təhlükə maliyyə cinayətkarlığı olacaq, lakin insanlar bu təhdidə qarşı müdafiə strategiyası hazırlaya biləcəklər.

Ekspert vurğulayıb ki, "kibercinayətkarlıq bazarı" tez-tez dəyişir, proqnozları isə sadəcə 1-2 il müddətinə vermək mümkün olur.