Sergey Ryabkov: Bu, Rusiyaya qarşı təxribatdır


Dünya 05 İyl 2020 10:39:00 148 0

Sergey Ryabkov: Bu, Rusiyaya qarşı təxribatdır

Rusiyanın yeni nəsil silahlarını sınaqdan keçirməsi nəticəsində Skandinaviya ölkələrində radiasiya səviyyəsinin artması ilə bağlı iddialar əsassızdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, Rusiyaya qarşı bu cür dezinformasiyalar hər zaman yayılıb:

"Bu, ilk deyil və sonuncu da olmayacaq. Bunların hamısı təxribatdır. Gələcəkdə də yeni sistemlərlə bağlı həm ABŞ rəsmiləri, həm də gizli mənbələr dezinformasiyalar yayacaq".

Qeyd edək ki, Qərb mətbuatı Rusiyanın "Poseydon" və "Burevestnik" kimi yeni nəsil silah sistemlərini sınaqdan keçirməsi nəticəsində Avropanın şimalındakı bəzi ölkələrdə radiasiya səviyyəsinin artması barədə məlumat yayıb.