Türkiyədə koronavirusla bağlı son vəziyyət


Dünya 05 İyl 2020 09:57:00 154 0

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son 24 saatda 20 nəfər dünyasını dəyişib, 1154 nəfərdə Covid-19 aşkarlanıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 206-ya, yoluxanların sayı isə 204 min 610-a yüksəlib.

1214 xəstə isə sağalaraq evə buraxılıb. İndiyədək 179 492 pasiyent Covid-19-a qalib gəlib. Gün ərzində 48 248 test edilib.

Son.az