Efiopiyada baş verən iğtişaşlarda 166 nəfər öldü
Dünya 05 İyl 2020 09:27:00 173 0
Efiopiyada musiqiçi və siyasi fəal Haakalu Hundessanın öldürülməsi ilə əlaqədar bu həftədə baş verən qarşıdurmalar zamanı ən azı 166 nəfər ölüb.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Agence France-Presse (AFP) agentliyi Oromiya ştatı polis rəisi Qirma Qelamaya istinadən bildirib.
Q.Qelama deyib ki, bölgədəki iğtişaşlar nəticəsində 145 mülki şəxs və 11 təhlükəsizlik qüvvələrinin əməkdaşları həlak olub.
Daha iki nəfər, o cümlədən iki polis əməkdaşı ölkənin paytaxtı Addis Abebeda öldü: "167 nəfər ağır yaralanıb".
Mənbə: milli.az