Bu ilin üçüncü Ay tutulması başlayıb


Digərləri 05 İyl 2020 09:04:00 169 0

Bu ilin üçüncü Ay tutulması başlayıb

Bu ilin üçüncü Ay tutulması hadisəsi başlayıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Son.az-a verilən məlumata görə, yarımkölgəli Ay tutulması hadisəsi saat 05:52-də (Bakı vaxtı ilə saat 09:52) sona çatacaq. Tutulmanın maksimumu saat 04:31-də (Bakı vaxtı ilə 08:31) müşahidə olunacaq.

Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək. 

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.