"Ölkənin ali rəhbərliyi milli turizm infrastrukturunun və bütövlükdə turizm industriyasının Azərbaycanda qorunması üçün əlindən gələn səylərini əsirgəməyəcək"


Siyasət 05 İyl 2020 09:09:00 167 0

"Ölkənin ali rəhbərliyi milli turizm infrastrukturunun və bütövlükdə turizm industriyasının Azərbaycanda qorunması üçün əlindən gələn səylərini əsirgəməyəcək"

"Ölkə prezidenti İlham Əliyev həm ölkə höküməti qarşısında qoyduğu vəzifələr, həm də ümumdünya turizm təşkilatının rəhbəri ilə keçirdiyi videokonfrans çərçivəsində ölkənin turizm industriyasının qorunması istiqamətində böyük səylər göstərməkdədir"

Bunu Son.az-a iqtisadçı ekspert Elşad Məmmədov BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında keçirilən videokonfransı şərh edərkən söyləyib.

O bildirib ki, hazırki böhranlı vəziyyət ən çox turizm sahəsinə təsir edib.

"Dünya iqtisadiyyatının dərin sistemli və kompleksli böhrana daxil olduğu fazada turizm sənayesi bütün dünya üzrə ən çox hazırki böhranın strukturuna görə əziyyət çəkən iqtisadi sferalardandır və bu proses Azərbaycan iqtisadiyyatından da yan keçə bilməzdi. Ona görə də biz görürük ki, ölkə prezidenti İlham Əliyev həm ölkə höküməti qarşısında qoyduğu vəzifələr çərçivəsində,həm ümumdünya turizm təşkilatının rəhbəri ilə keçirdiyi videokonfrans çərçivəsində ölkənin turizm industriyasının qorunması istiqamətində böyük səylər göstərməkdədir.

Bütün bunlar onu deməyə əsas verir ki, baxmayaraq bu gün ölkəmizin turizm industriyası çətin günlərini yaşayır, ölkənin ali rəhbərliyi milli turizm infrastrukturunun və bütövlükdə turizm industriyasının Azərbaycanda qorunması üçün əlindən gələn səylərini əsirgəməyəcək. Nəzərə almaq lazımdır ki, yeni çağırışlar turizm sənayesi ilə məşğul olan iqtisadi qurumların menecmenti qarşısında yeni yanaşmaların tətbiqini bir çağırış kimi qoyur, yeni marketinq siyasətinə çox ciddi ehtiyac var və daxili turizmin inkişafına eyni zamanda birbaşa istehlakçılara yönəlik ciddi güzəştlər paketinin tətbiqinə böyük ehtiyac yaranacaq. 

Hesab edirəm ki, postpandemiya şəraitində milli turizm şirkətləri ciddi şəkildə öz idarəetmə fəlsəfəsinin dəyişikliyinə nail olmalıdırlar. Bu istiqamətdə işlərin turizm infrastrukturunun dövlət tərəfindən qayğısının olacağı ilə müşahidə edilməsi hesab edirəm ki, milli turizm industriyamız üçün müəyyən mənada dayanıqlılığın təminatçısı kimi çıxış edə bilər. Ona görə də burada dövlətin və biznesin birgə fəaliyyətinin, əməkdaşlığının olduqca mühüm rolu var və dövlət tərəfindən müəyyən infrastrukturun qorunması və lazım gələndə yaradılması və biznes tərəfindən çevik effektiv marketinq və menecment siyasətinin tətbiq edilməsi milli turizm industriyamızın müəyyən mənada dayanıqlığının qorunmasına şərait yarada bilər.

Bəxtiyar Umarlı Son.az