Londonda gecə şənliyinin dağıdılması zamanı 10dan çox polis əməkdaşı yaralanıb


Dünya 05 İyl 2020 08:49:00 166 0

Londonda gecə şənliyinin dağıdılması zamanı 10dan çox polis əməkdaşı yaralanıb

Londonda qanunsuz gecə şənliyini dağıtmağa cəhd edərkən 10-dan çox polis əməkdaşı yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə iyulun 4-də Hammersmit və Fulem rayonlarında baş verib.

Yerli sakinlər çoxlu sayda insanın, səs-küyün olduğu, sosial əleyhinə davranışlar və ərazidəki qarşıdurmalardan şikayətləniblər.

Polis hadisə yerinə gəlib, lakin şənlik iştirakçıları onları düşmənliklə qarşılayıblar. Onlar polislərə kərpic və digər əşyaları atmağa başlayıblar.