ABŞın Bağdaddakı səfirliyi raket atəşinə tutulub


Dünya 05 İyl 2020 07:55:00 158 0

ABŞın Bağdaddakı səfirliyi raket atəşinə tutulub

Naməlum şəxslər Bağdadın yaşıl zonasında ABŞ səfirliyinə raket atəşini açıb.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı bildirib.

İraqın "Diclya" peyk televiziya kanalının verdiyi məlumata görə, bəzi raketlər Patriot zenit raket sistemləri tərəfindən ələ keçirilib.

Məlumata əsasən, "yaşıl zona"nın ərazisinə bir neçə mərmi düşüb. Dağıntılar haqqında məlumat verilməyib.