4 otaqlı evdə yanğın baş verib


Digərləri 05 İyl 2020 08:06:00 148 0

4 otaqlı evdə yanğın baş verib

Gəncədə 4 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 139 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində tavan 20 m² sahədə, 2 ədəd məişət avadanlığı və mebel 3 p.m yanıb. Yüksək temperaturdan mətbəxin pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.