İyun ayında Amerika hərbi qulluqçuları arasında koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb


Dünya 05 İyl 2020 06:30:00 131 0

İyun ayında Amerika hərbi qulluqçuları arasında koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular arasında koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı son üç həftə ərzində iki dəfədən çox artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 1-nə olan vəziyyətə görə, 12521 Amerika hərbi qulluqçusu virusa yoluxub. İyunun 3-də bu rəqəm 6864 təşkil edirdi.

Yoluxma hallarının sayına görə ordu hərbi-dəniz donanmasını üstələyib: orduda 3836, HDQ-də isə 3662 hal qeydə alınıb. Pandemiya başlayandan COVID-19 virusu 3 hərbi qulluqçunun həyatına son qoyub.