Günün qoroskopu: Rəqiblər arqumentlərinizə əla bələddir və onlar yeni heç nə deməyəcəklər


Digərləri 05 İyl 2020 00:01:00 177 0

Günün qoroskopu: Rəqiblər arqumentlərinizə əla bələddir və onlar yeni heç nə deməyəcəklər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - çalışdığınız kollektivdə qəfil xəbərlər istisna deyil. Mövcud vəziyyəti nəzərə alaraq, imkanlarınızı aşmadan fəaliyyət göstərin. Yaşananlardan faydalanmaq üçün maksimum dərəcədə aktiv olun.

Günün ikinci yarısında uğurlarınız əhəmiyyətli dərəcədə təsadüfdən asılı olacaq. Uğurlu və ağıllı insanlarla əlaqələri kəsməyin. Onlarla ideya və planların mübadiləsinə başlamaq olar.

Romantikaya qapılmayın. Sevdiyiniz insanla təmaslarda yeni perspektivlər var.

Buğa - ambisioz, hikkəli, aqressiv olmayın. Əvvəlki incikliklərin heyfini almağa çalışmayın. Münaqişələrə meylli, kinli insanlardan uzaq durun. Daxili azadlığınızı və səbrəstliyinizi qoruyun.

Günün ikinci yarısında atdığınız addımların fərqinə varın. Rasionunuza fikir verin. Təfərrüatlarına bələd olmadığınız məsələlərlə bağlı rəy verməyin.

Problemlərin artması sizdən daha fəal olmağı tələb edir. İstəklərinizin normadan artıq olması prosesləri ləngidə bilər.

Sayıq və diqqətli olun.

Əkizlər - ani qərarlar verməyin. Düşünüb daşının, sonra fikrinizi açıqlayın. Yaşanan proseslərlə bağlı mövqeyinizdə dəyişikliklər ola bilər. Aqressiya və həyəcan yolverilməzdir. Yaxın ətrafınızdakı insanlara dəyər verin, onların qəlbini qırmayın.

Günün ikinci yarısında xoşagəlməz sözlər eşidə bilərsiniz. Əlavə işlər görməli olacaqsınız. Çətin, ağır xasiyyətli insanlarla təmas zərurəti yaranacaq. Hisslərin gərildiyi zamanda müşkül məsələnin həllinə başlamayın.

Axşam saatlarında səhhətinizin qayğısına qalın.

Xərçəng - rutin işlər darıxdırıcı təsir bağışlasa da, onları yarımçıq qoymayın. Aksiyalara və toplantılara qatılmayın. Müstəqil fəaliyyətə üstünlük verin. Saxta etiraflara və yalnız ilk baxışdan cazibədar təsir bağışlayan təkliflərə aldanmayın.

Arzularınızı reallaşdırmaq üçün aktiv olun.

Günün ikinci yarısında proseslərin ritminə nəzarət edin. Büdcənizdə böyük itkilər olmamalıdır. Krediti vaxtında ödəməyi unutmayın.

Axşam saatlarına yaxın yarımçıq işləri başa vurun.

Açıq havada gəzintiyə çıxın.

Şir - təşəxxüslü, ifrat qürurlu olmayın. Hisslərinizə hakim ola bilməsəniz, fəsadları ağır addımlar ata bilərsiniz. Ailə üzvlərinin tələblərini nəzərə alın. Onların istəkləri ön planda olmalıdır.

Günün ikinci yarısında daşınmaz əmlak, vərəsəlik, ipoteka, kreditlər, sığorta ödənişləri, borcların qaytarılması ilə bağlı əməliyyatlarda yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxınlarınız üçün gördüyünüz işləri onların üzünə vurmayın.

Axşam saatlarında əyləncəyə yollana bilərsiniz.

Mübahisələrdə tərəf tutmayın.

Qız - günün ilk yarısı yaradıcılıq üçün əlverişlidir. Xatirələrin təsiri və hisslərin pressinqi altında olsanız, ən adi, rutin işlər yarımçıq qala bilər. Rasional məntiqinizi unudub ani istəklərlə davranmayın.

Günün ikinci yarısında təmkinli və soyuqqanlı olmasanız, orientirləri itirə bilərsiniz. Sədləri aramla dəf edin. Maneələrin çoxluğu sizi pərişan etməsin. Gərəkli zamanda lazımi addımlar atın. Neqativ emosiyalar yaradan insanlarla ünsiyyəti minimuma endirin.

Tərəzi - maliyyə məsələlərində diqqətli olun. Münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın, sayıq və diqqətli olun. Bədxərclik etməyin, alış-verişdə məntiqli davranın.